Sosial 7-11-2025, 08:35

Zəfər paradından veriləcək mesajlar

Zəfər paradından veriləcək mesajlar
Sabah Bakıda 44 günlük Vətən Müharibəsinin 5 iiliyi münasibətilə möhtəşəm parad keçiriləcək. Zəfər paradı kimi xarakterizə edilən tədbirdə Türkiyə prezidenti ilə yanaşı Pakistanın baş nazirinin də iştirakı nəzərdə tutulur. Analitiklər hesab edirlər ki, sözügedən parad sıradan bir hərbi hadisə deyil və onun arxasında mühüm məqamlar dayanır. Elə siyasi ekspert Çingiz Şahbazi də bu qənaətdədir.

Planetinfo.az-a verdiyi açıqlamada siyasi ekspert Çingiz Şahbazi deyib ki, paradın keçirilməsində Ermənistan və onun tərəfdarlarlarına yönəlik kifayət qədər mesajlar var. Onun sözlərinə görə, paralel olaraq parad beynəlxalq ictimaiyyətə təqdim olunan bir sıra mühüm mesajlarla zəngin olacaq:
“Bu, Azərbaycanı regionun sülh və təhlükəsizliyin təminatçısı olaraq göstərməsi üçün də önəmlidir. Güclü ordu imici, yüksək hərbi texnika və imkanlar nümayiş olunur. Bütün bunlar dövlətin hərbi qüdrətini, professional idarəçiliyini və sabitliyin simgəsi olaraq təhlükəsizliyinin göstəricisidir”.

Füzuli

Xəbər lenti