Sosial 4-11-2025, 16:41

Biləsuvarda “Zəfərin ruhu” adlı foto və rəsm sərgisi keçirilib

Biləsuvarda “Zəfərin ruhu” adlı foto və rəsm sərgisi keçirilib


Azərbaycan xalqının şanlı tarixində əbədi iz qoymuş 44 günlük Vətən Müharibəsində qazanılan Böyük Qələbənin beşinci ildönümü münasibətilə “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində “Zəfərin ruhu” adlı foto və rəsm sərgisi keçirilib.

Planetinfo.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Biləsuvar Rəsm Qalereyasında keçirilən tədbirdə sənət admları ilə yanaşı Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi irs şöbəsinin müdiri İntiqam Babayev, Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin rəisi Araz Əlizadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri də iştirak edib.

Tədbirdə açılış nitqi söyləyən Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin rəisi Araz Əlizadə qonaqları salamlayaraq, xalqımızın Vətən müharibəsində qazandığı böyük Zəfərdən danışmış və bu istiqamətdə mədəniyyət müəssisələrində təşkil olunan tədbirlər barədə ətraflı məlumat verib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək Zəfər bayramının 5-ci ildönümü münasibətilə iştirakçıları təbrik etdi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 gün müddətində qazandığı qələbədən danışdı. İcra başçısı qələbənin əldə olunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhunun əbədi olaraq yaddaşlarda yaşayacağını və hər zaman minnətdarlıqla anılacağını bildirdi. İcra başçısı sərgidə nümayiş olunan əsərlərdə Qarabağda aparılan quruculuq işlərinin əks olunmasını yüksək qiymətləndirdi.

Tədbirdə Mədəniyyət Nazirliyinin şöbə müdiri İntiqam Babayev çıxış edərək Zəfərin qazanılmasında qəhrəmanlarımızın şücaəti və Azərbaycan mədəniyyətinin Qarabağın bərpası prosesindəki rolu barədə fikirlərini bölüşdü.

Sonra “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində “Zəfərin ruhu” adlı foto və rəsm sərgisi nümayiş olunub.
Qeyd edək ki, sərgidə nümayiş olunan rəsm və foto əsərləri Azərbaycan Ordusunun şücaətini, xalqımıza bəxş etdiyi əbədi Zəfər ruhunu, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda aparılan böyük quruculuq və dirçəliş prosesini, o cümlədən Qarabağ təbiətinin füsunkar gözəlliklərini rəssam və fotoqrafların gözü ilə əks etdirir. Sərginin əsas məqsədi Qələbənin əhəmiyyətini, milli birliyi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərin tarixi dəyərini, azadlıq və mübarizə ideyalarını incəsənət vasitəsilə əks etdirmək, gənc nəsildə vətənpərvərlik duyğularını daha da gücləndirməkdir.







Xəbər lenti