Sosial 14-11-2025, 14:01

Forum qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə mühüm töhfə verə bilər




“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun keçirilməsi təşkilata üzv dövlətlərin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi, birgə layihələrin gerçəkləşdirilməsinə mühüm töhfə verə bilər”.

Bu fikirləri Planetinfo.az-a “Milli İnkişaf” ictimai birliynin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, Türk əsri dediyimiz XXI əsrdə Türk dövlətləri arasında bütün istiqamətlərdə əlaqələrin genişləndirilməsi zərurətə çevrilib:

“Bu proseslərdə heş şübhəsiz ki, qeyri-hökumət təşkilatlarının da üzərinə mühüm vəzifələr, eyni zamanda məsulyyət, iş düşür. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaş cəmiyyətlərinin birlik və həmrəyliyi qarşımıza qoyduğumuz ümumi hədəflərin reallaşdırılmasına öz müsbət təsirini göstərə bilər”.

Arzuman Muradlı diqqətə çatdırıb ki, bundan əvvəl də Qazaxıstan və Özbəkistanın qeyri-hökumət təşkilatları ilə anoloji toplantılar keçirilib:

“Bu dəfəki toplantı isə olduqca əhatəli və geniş tərkibdə olacaq. Məlum olduğu kimi yoplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 300-ə yaxın QHT təmsilçisi iştirak edəcək”.

Qeyd edək ki, T ürk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu noyabrın 23-26-da Bakıda keçiriləcək.

Anar

Xəbər lenti