Sosial 15-11-2025, 06:04

Hacıqabulda itkin düşən 72 yaşlı kişinin meyiti tapılıb

Hacıqabulda itkin düşən 72 yaşlı kişinin meyiti tapılıb
Hacıqabul rayonunda itkin düşən 72 yaşlı kişinin meyiti tapılıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qızılburun kəndində qeydə alınıb.

Belə ki, iki gün bundan öncə itkin düşən kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Xanzaman Əlibala oğlunun meyiti yaşadığı evin bağında aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti