"Uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi dövlətin, cəmiyyətin və hər bir insanın prioritet öhdəliyi olmalıdır".
Bunu
Planetinfo.az-a hüquqşünas Əli İbrahimov səsləndirib. O deyib ki, 18 noyabr tarixi dünyada ən həssas mövzulardan birinə, uşaqların təhlükəsizliyi və müdafiəsinə həsr olunmuş xüsusi günə həsr olunub:
"Uşaq seksual istismarı, zorakılığı və pis rəftarı cəmiyyət üçün ən ağır cinayətlərdən biridir və hər birimiz bu halların qarşısının alınması üçün həm məsuliyyət, həm də mənəvi borc daşıyırıq. Bu gün təkcə maarifləndirmə deyil, həm də zərər çəkmiş uşaqların sağalmasına dəstək göstərmək üçün çağırış günüdür".
Anar