Sosial 19-11-2025, 10:59

Şabranda insan alveri cinayətlərinə qarşı maarifləndirici tədbir keçirilib

Şabranda insan alveri cinayətlərinə qarşı maarifləndirici tədbir keçirilib
Şabran rayonunda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş Şabran Rayon İcra Hakimiyyətinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və "Polisə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə insan alveri cinayətlərinə qarşı maarifləndirici tədbir keçirilib.

Planetinfo.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan İskəndərova, 1-ci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev, Şabran Rayon Polis şöbəsinin İTB-nin rəisi, polis polkovnik-leytenantı Hidayət Babayev, hüquqşünas Aydın Kərimov və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədi insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi, risk qruplarının vaxtında müəyyənləşdirilməsi və potensial qurbanlara hüquqi və psixoloji dəstək imkanlarının tanıdılması olub.

Çıxışlar zamanı iştirakçılara insan alverinin mövcud formaları, beynəlxalq və yerli qanunvericilik, profilaktik tədbirlər, hüquq-mühafizə orqanlarının funksiyaları və vətəndaşların rolu haqqında ətraflı məlumat verilib. Eyni zamanda, insan alveri qurbanlarının müdafiə mexanizmləri, onların reabilitasiya və reinteqrasiya prosesi ilə bağlı mövcud imkanlar diqqətə çatdırılıb. Diskussiya formatında davam edən tədbirdə iştirakçılar mövzu ilə bağlı suallarını səsləndirib, ekspertlər isə praktiki tövsiyələr veriblər. Tədbir, həmçinin regionda insan alverinə qarşı ictimai həssaslığın artırılması baxımından mühüm bir addım kimi qiymətləndirilib.

Nəsimi

Xəbər lenti