"Hazırda deputat seçildiyim Lerik rayonunda həssas təbəqədən olan yüzləlrə şəxslər var ki, onların mənzilə ehtiyacı var".
Planetinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov deyib. Millət vəkili bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə həssas təbəqədən olan şəxslər üçün mənzil tikintisi layihəsini isə dayandırıb:
"Təklif edirəm ki, nazirlik həssa təbəqədən olan insanların mənzillə təmin olunması üçün addımlar atsın. Yaxud mənzilin tikintisi üçün lazım olan vəsaiti həmin şəxsə ayırsın ki, o da istədiyi yerdə özünə mənzil inşa etsin".
Anar