Sosial 20-11-2025, 11:48

Təhsil sahəsində ortaq layihələr həyata keçirilə bilər



“Azərbaycanın Mərkəzi Asiya Dövlətləri Məşvərət Görüşünün tamhüquqlu üzvünə çevrilməsi təkcə siyasi, iqtisadi və diplomatik baxımdan deyil, eyni zamanda mədəni-humanitar, xüsusilə də regional təhsil inteqrasiyası baxımından əhəmiyyətli fürsətlər yaradır. Bu platforma vasitəsilə Azərbaycan Mərkəzi Asiya ölkələri ilə təhsil sahəsində əlaqələrini dərinləşdirə bilər”.

Bu fikirləri Planetinfo.az-a “Təhsilə Dəstək və Maarifləndirmə” ictimai birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai birlik sədri qeyd edib ki, Azərbaycan eyni zamanda regional innovasiya və elmi-tədqiqat məkanında da daha aktiv rol oynaya bilər:


“Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə Azərbaycanın tamhüquqlu üzv olması əsasən regional əməkdaşlıq, inteqrasiya və strateji tərəfdaşlıq üçün yeni imkanlar açır. Bu çərçivədə təhsil sahəsində də bir sıra üstünlüklər gözlənilir. Məsələn, Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli tələbə və müəllim mübadilə proqramlarının genişlənməsi mümkündür.

Bundan başqa Azərbaycan tələbələrinin bu ölkələrin aparıcı universitetlərinə daha asan qəbul imkanı əldə edə biləcəklər”.

İctimai birlik sədri qeyd edib ki, təhsil sahəsində atılacaq mühüm addımlardan biri iştirakçı ölkələr arasında regional təqaüd proqramlarının yaradılması ola bilər:

“Qazaxıstan və Özbəkistan kimi ölkələrlə birgə universitetlər və ya filial universitetlərin yaradılması, İpək yolu regionunda ali təhsil tədqiqat mərkəzlərinin qurulması kimi addımlar atıla bilər”.

Anar

Xəbər lenti