AZAL QSC “Dubai Airshow 2025”də qlobal aviasiya təhlükəsizliyi ekosistemində mövqeyini daha da gücləndirən iki strateji addım atdı.
Yeni nəsil “Leonardo” "METEOR 735 C-Band" radar sistemləriAZAL İtaliyanın aparıcı müdafiə və aerokosmik texnologiya istehsalçısı olan “Leonardo” ilə yeni meteoroloji radar sistemlərinin quraşdırılması üzrə müqavilə imzaladı.
Bu sistemlər:
• Ekstremal hava hadisələrini real vaxtda yüksək dəqiqliklə aşkar edir;
• 200 km-lik müşahidə diapazonu və 3D/WEB vizuallaşdırması ilə atmosfer proseslərini detallı analiz etməyə imkan yaradır;
• Doppler və dual-polarizasiya texnologiyaları sayəsində operativ qərarverməni gücləndirir.
FSF ilə strateji tərəfdaşlıq – “Benefactor Member” statusuAZAL eyni zamanda Uçuş Təhlükəsizliyi Fondunun (FSF) ən yüksək üzvlük səviyyələrindən birinə – “Benefactor Member” statusuna yüksəlib.
Bu status AZAL-a qabaqcıl təhlükəsizlik həllərinə çıxış, risklərin təhlili üzrə qlobal təcrübə, təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi, sənaye üzrə strateji əməkdaşlıq imkanları qazandırır.
Nəsimi