Sosial 22-11-2025, 10:17

Yasamaldakı yanğında ölən şəxs binanın komendantı imiş

Yasamaldakı yanğında ölən şəxs binanın komendantı imiş
Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yağında üç nəfər həlak olan olub.

Yanğında həlak olan 1983-cü il təvəllü Samir Kamal oğlu Məmmədov sözügedən binanın komendatıdır. Samir Məmmədov komendant olmaqla yanaşı, yanğın baş verən binada yaşayıb.

Bundan başqa, yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, və Bakı Milli Geyim Evinin 48 yaşlı rəhbəri Hümbətova Könül Vəlibəy (Vəlibəyli) qızı da həlak olub. Könül Vəlibəylinin qızı Ləmanın da vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə nəticəsində əmələ gələn tüstüdən azı 20 nəfər zəhərlənib. (Mənbə: teleqraf)

Xəbər lenti