Sosial 24-11-2025, 08:17

Bu gün TDT-yə üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu keçiriləcək

Bu gün TDT-yə üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu keçiriləcək
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu çərçivəsində Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan qeyri-hökumət təşkilatlarından ibarət nümayəndə heyəti artıq Bakıdadır.

İlk dəfə təşkil olunacaq forumun rəsmi açılışı bu gün saat 10.00-da Bakıda Gülüstan sarayında olacaq.
Forumda “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” adlı panel müzakirələri və “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” təşkil olunacaq.

Noyabrın 25-də isə Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis konfransı və “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri təşkil olunacaq.

Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Quzey Kıbrısdan 300-ə yaxın QHT təmsilçisi iştirak edəcək.

Nəsimi

Xəbər lenti