Sosial 24-11-2025, 07:29

Bir rəhbərin gücü kabinetindəki kreslodan yox, kollektivinin ona olan hörmətindən gəlir



Bir rəhbərin gücü kabinetindəki kreslodan yox, kollektivinin ona olan hörmətindən gəlir.

Planetinfo.az xəbər verir ki, bunu hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, hörmət isə sərtliklə yox, ədalətlə, səs qaldırmaqla yox, səsə qulaq asmaqla, məsuliyyəti başqasına atmaqla yox, onu sinəsində daşımaqla qazanılır:

"Peşəkar rəhbər biləndir ki, kollektivi qabağa aparmaq üçün ilk növbədə özü önə çıxmalı, özü məsuliyyət daşımalı və özü nümunə olmalıdır.

Belə rəhbər isə tənqid olunmaz çünki ədalətlidir. Qorxulmaz çünki mərddir. Sorğu-sual olunmaz çünki cavabı hər kəsdən öncə özü verir".

Hüquqşünas onu da deyib ki, rəhbər iş yerində olmadıqda kollektivin məsuliyyəti zəifləyirsə, insanlar tapşırıqları yola verirsə, bu artıq fəlakətin başlanğıcıdır.

Anar

Xəbər lenti