Sosial 25-11-2025, 08:40

MEK ənənəvi kitabxana modelindən müasir elektron xidmətlərə uğurla keçid edib

MEK ənənəvi kitabxana modelindən müasir elektron xidmətlərə uğurla keçid edib
Ötən yüz ildə Azərbaycan elmi və mədəni sahədə böyük uğurlar əldə edib. Bu inkişafda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının xüsusi rolu var.

Bu sözləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 100 illiyinə həsr olunmuş konfransdakı çıxışı zamanı Daşkənd Dövlət Hüquq Universitetinin İnformasiya-Resurs Mərkəzinin direktoru Pirmedova Xaytqul Muhammedovna deyib.

Çıxışçı vurğulayıb ki, kitabxana təkcə kitabların saxlandığı məkan yox, həm də alimlərin elmi fikir mübadiləsi apardığı, araşdırmalar həyata keçirdiyi və keçmişlə gələcək arasında mühüm bağlantı yaradan bir elm mərkəzidir. Rəqəmsal transformasiya dövründə Mərkəzi Elmi Kitabxana ənənəvi kitabxana modelindən müasir elektron xidmətlərə uğurla keçid etmişdir. Bu nailiyyətdə MEK kitabxanaçılarının əməyi xüsusilə diqqətəlayiqdir.

O, həmçinin qeyd edib ki, bu gün burada alimlər və tələbələr üçün müasir tələblərə cavab verən şərait yaradılıb.

Sonda Pirmedova Xaytqul Muhammedovna MEK-in 100 illik yubileyi münasibətilə Daşkənd Dövlət Hüquq Universitetinin rəhbərliyinin təbriklərini çatdırıb və konfrans iştirakçılarına uğurlar arzulayıb.

Nəsimi

Xəbər lenti