"Bu, ilk növbədə müharibənin olmadığı və seçicilərin müharibənin onların ərazisinə gələ biləcəyindən qorxduğu ABŞ və Avropa İttifaqı üçün təhlükədir".
Bunu
Planetinfo.az-a açıqlamasında Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko Rusiyanın nüvə silahı sınaqlarına hazırlıq ehtimalı ilə bağlı təkliflərə münasibətində deyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, kəşfiyyat xidmətlərinə və mülki qurumlara nüvə silahı sınaqlarına hazırlıq ehtimalı ilə bağlı təkliflər təqdim etməyi tapşırıb.
Putin bu barədə Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə bildirib.
Rusiya dövlət başçısı Təhlükəsizlik Şurasına məlumat toplamağı, təhlil aparmağı və nüvə sınaqlarına hazırlıq işlərinin mümkün başlanması ilə bağlı təkliflər təqdim etməyi tapşırıb.
Nəsimi