Gündəm / Siyasət Dün, 20:10

Pezeşkian Mirzoyanla görüşdə ABŞ-la danışıqları “mənasız” adlandırdı



İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.

Görüşdə energetika və regional infrastruktur sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Mirzoyan Pezeşkiana TRIPP (“Tramp marşrutu”) layihəsinin icrası barədə məlumat verib. Tərəflər, həmçinin regional sabitlik və təhlükəsizlik, eləcə də İrəvanda keçiriləcək COP-17 konfransında İranın yüksək səviyyədə iştirakı məsələlərini müzakirə ediblər.

Görüşdə İran-ABŞ münasibətlərinə də toxunulub. Pezeşkian Vaşinqtonla danışıqları “mənasız” adlandırıb.

Qeyd edək ki, Mirzoyan İranda xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqir Qalibafla da görüşüb.

Xəbər lenti