Gündəm / Siyasət / Dünya
Dün, 19:40
NATO-dan Rusiyaya qarşı “sürətli qələbə” planı: Bunlardan istifadə ediləcək
NATO Rusiya ilə mümkün münaqişə ssenarisinə qarşı pilotsuz uçuş aparatları (PUA) və süni intellektdən istifadəni nəzərdə tutan “sürətli qələbə” strategiyası hazırlayır.
Bu barədə "Bloomberg" məlumat yayıb.
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviçin strategiyasının əsas məqsədi alyansın texnoloji üstünlüyünü qorumaqdır.
Plan çərçivəsində süni intellekt texnologiyalarının inkişafı nəzərə alınmaqla, NATO qüvvələrinin ən yeni silah sistemləri ilə təchiz edilməsi nəzərdə tutulur. Eyni zamanda strategiyanın hazırlanmasında iştirak edənlər alyans üzvü ölkələrdən müdafiə xərclərini artırmağı tələb edirlər.