Dünya 4-11-2025, 06:36

ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsini təklif edib

ABŞ rəsmiləri BMT Təhlükəsizlik Şurasında ən azı iki il müddətinə Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılmasını nəzərdə tutan qətnamə layihəsini bir neçə ölkəyə təqdim ediblər.

Planetinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalistləri sənədlə tanış olan “Axios” məlumat yayıb.

Nəşrdə qeyd edildiyi kimi, layihə “ABŞ və digər iştirakçı ölkələrə Qəzza zolağının idarə edilməsi və təhlükəsizliyin təmin edilməsi üçün 2027-ci ilin sonuna qədər uzadılma imkanı ilə geniş səlahiyyətlərin verilməsini” nəzərdə tutur.

Amerika rəsmisi sənədin yaxın günlərdə BMT Təhlükəsizlik Şurasında müzakirə olunacağına aydınlıq gətirib. Vaşinqton administrasiyası qətnaməyə dair səsvermənin daha sonra keçirilməsini və beynəlxalq qüvvələrin Fələstin anklavına yerləşdirilməsinə yanvara qədər başlanmasını istəyir.

Xəbər lenti