Dünya 7-11-2025, 16:34

ABŞ Mərkəzi Asiya ilə bağlı yeni strategiya işləyib hazırlaya bilər

ABŞ Mərkəzi Asiya ilə bağlı yeni strategiya işləyib hazırlaya bilər
"Amerikanın Mərkəzi Asiyaya gəlişi ilk deyil. ABŞ-ın vaxtilə Qırğızıstanın "MONAS" hərbi bazasında ordusu var idi. Bu, ABŞ-ın həm hərbi, həm də siyasi olaraq orda mövcudluğunun isbatı idi".

Bu fikirləri Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O deyib ki, Mərkəzi Asiya ölkələri Rusiya və Çinin təsir dairəsində kimi görünsə də, Aİ və ABŞ-ın da burda iş apardığı görünür:

"ABŞ-ın Mərkəzi Asiyada indiki məqamda bilavasitə iştirakına əslində ehtiyacı yoxdur. Çünki Qərbi Zəngəzurda "Tramp marşrutu" ilə onlara, yəni həm region, həm də Çin və Rusiyaya nəzarət edəcək. Amma Mərkəzi Asiyanın təbii xammal ehtiyatlarına şərik olmaq üçün yeni strategiya işləyib hazırlaya bilər".

Azər Qasımov qeyd edib ki, Rusiyanın Mərkəzi Asiyadan sıxışdırılması isə nisbi xarakter daşıyan məsələdir:

"Regionda maraqlı olan ölkələr bir-birini qəbul etmədən heç bir nailiyyətə nail ola bilməzlər. İqtisadi maraqlar siyasi ambisiyaların üzərində olarsa, ölkələrdə olan müxtəlif texnologiyalar regiona gətirilərsə, hər kəs qazanclı çıxa bilər".

Süleyman

Xəbər lenti