Dünya 12-11-2025, 22:54

Peruda avtobus qəzasında 37 nəfər həlak olub

Peruda avtobus qəzasında 37 nəfər həlak olub
Perunun cənubundakı dağlıq Arekipa bölgəsində avtobus dərəyə aşıb.

Hadisə nəticəsində 37 nəfər ölüb, onlarla insan yaralanıb.

Yerli rəsmilərin mediaya verdiyi məlumata əsasən, avtobus yük avtomobili ilə toqquşaraq yoldan çıxıb 200 metrdən Okona çayının sahilinə düşüb. Avtobus ölkənin cənubundakı Çala şəhərindən Arekipa şəhərinə istiqamətində hərəkətdə olub.

Qeyd edək ki, çətin relyefli bu ərazidə avtomobil qəzaları tez-tez baş verir. (Unikal)






Xəbər lenti