Dünya 4-11-2025, 18:29

"Ölkəyə rəhbərlik edəcək ABŞ yönümlü liderin gəlməsi Rusiya üçün qara xəttin başlanması demək olacaq”

"Ölkəyə rəhbərlik edəcək ABŞ yönümlü liderin gəlməsi Rusiya üçün qara xəttin başlanması demək olacaq”
Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev "Gazeta.Ru"ya bildirib ki, Rusiya Venesuelaya silah tədarük edir və eksperimental "Oreşnik" orta ballistik raketinin Karakasa köçürülməsi ehtimalı istisna edilmir. Oqeyd edib ki, "Rusiya tərəfindən göndərilən silahların həcmi və konkret adları məxfi saxlanılır. Odur ki, amerikalıları sürprizlər gözləyə bilər".

Məsələ ilə bağlı Planetinfo.az-a açıqlama verən politoloq Bakir Həsənbəyliyə bildirdi ki, ABŞ-ın Venesuela ilə bağlı siyasəti heç də iddia edilfiyi kimi deyil. Yəni narkotikin yayılması və bu kimi problemlər ABŞ-ın xarici siyasətində heç 10-cu yerdə də, dayanmır:

"Əsas məsələ bu ölkənin enerji resuslarıdır. Venesuela neft və qaz ehtiyatlarına görə dünyada ilk yerdədir. Bu ölkədə 302.2 milyard barel neft ehtiyatının olduğu iddia edilir. Əslində bu rəqəm rus neft və qazından imtinadan sonra alternativ bariantdır. Lakin Maduro hökuməti ABŞ-ın bu siyasətini həyata keçirmək üçün lazım olan persona olmadığı üçün Birləşmiş Ştatlar posMaduro dönəminə hazırlıq görür. Rusiya isə bunu bildiyi üçün Maduroya maksimum dəstək verməyə çalışır. Çünki Maduronın devrilməsindən sonra və ölkəyə rəhbərlik edəcək ABŞ yönümlü liderin gəlməsi Rusiya üçün qara xəttin başlanması demək olacaq".

Xəbər lenti