Gündəm / İdman
20-05-2026, 21:40
NBA-da azarkeşlər arasında kütləvi dava
Milli Basketbol Assosiasiyasının (NBA) Şərq Konfransı Finalının ilk oyunundan sonra azarkeşlər arasında kütləvi dava düşüb.
“Nyu-York Niks” “Klivlend Kavalyers”i məğlub edib (115:104 OT; seriya hesabı 1-0).
Oyundan sonra isə klubların azarkeşləri arasında dava düşüb.
Ötən mövsüm də Şərq Konfransı Finalında “Nyu-York” “İndiana Pacers” ilə qarşılaşıb və 2:4 hesabı ilə məğlub olub. Həmin vaxt da azarkeşlər arasında dəfələrlə toqquşmalar baş vermiş və bu da arenanın xaricində kütləvi davalara səbəb olmuşdu.