“Barselona”nın sol cinah müdafiəçisi Alexandro Balde hələ də “Mançester Yunayted”in diqqət mərkəzindədir.
“Mirror” qəzetinin verdiyi məlumata görə, “qırmızı şeytanlar” “Barsa”nın onu satmağa hazır olduğunu öyrəndikdən sonra 22 yaşlı oyunçu ilə bağlı sorğu göndərib.
Baş məşqçi Hans-Dieter Flik onu artıq əsas heyətdə görmədiyi üçün Kataloniya klubu yolları ayırmaq ehtimalına açıqdır. “Yunayted” rəsmiləri Baldenin istedadını yüksək qiymətləndirir və vəziyyəti izləməyə davam edirlər.
Müxtəlif mənbələrin dəfələrlə bildirdiyi kimi, ispaniyalı oyunçu “Barsa”dan ayrılmaq istəmir. “Transfermarkt”ın məlumatına görə, müdafiəçinin bazar dəyəri 50 milyon avrodur.