Gündəm Dün, 15:30

İmişlidə Araz çayında batan gəncin meyiti tapıldı - YENİLƏNDİ



İmişli rayonunda Araz çayında batan Elgün Həsənovun meyiti tapılıb.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə bu gün çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 29 yaşlı E. Həsənov çayda çimərkən boğulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

xxx

17:55

İmişlidə yeniyetmə oğlan Araz çayında batıb.

Hadisə çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 16 yaşlı Elgün Həsənov çayda çimərkən boğulub. Hazırda onun axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti