Gündəm / Siyasət / Dünya Dün, 11:25

İran Hörmüz boğazının açılması üçün şərt qoydu



ABŞ İslam Respublikasına qarşı təhdidlərə son qoyulması da daxil olmaqla, irəli sürülən şərtləri yerinə yetirənə qədər İran Hörmüz boğazını açmayacaq.

Bu barədə "Press TV" telekanalı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqadra istinadla məlumat yayıb.

İran rəsmisi digər şərtlər sırasında İrana və onun müttəfiqlərinə qarşı hərbi əməliyyatların dayandırılmasını, sanksiyaların ləğvini, dəniz blokadasının aradan qaldırılmasını, Amerika qoşunlarının çıxarılmasını və kompensasiyanın ödənilməsini də qeyd edib.

Bu arada, İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı danışıqlar aparırlar.

İki regional mənbənin məlumatına görə, razılaşma iki ölkə arasında 60 günlük müvəqqəti sazişi nəzərdə tutur. Bu razılaşmaya əsasən, boğazdan Fars körfəzinə istiqamət alan bütün gəmilər İran sularından keçən şimal marşrutu ilə hərəkət edəcək. Hörmüz boğazından Ərəbistan dənizinə yönələn bütün gəmiçilik isə İranla razılaşdırılaraq cənub marşrutu ilə Oman sularından keçəcək.

Xəbər lenti