Gündəm 17-06-2026, 17:26

Birinci sinfə qəbul edilən uşaqların sayı açıqlandı



Bu günə qədər birinci sinfə qəbul edilən uşaqların sayı açıqlanıb.

Planetinfo.az xəbər verir ki, bu barədə informasiyanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yayıb.

Bildirilib ki, 2026-2027-ci tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir. Bu günə qədər 115 min nəfərdən çox yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb.

Qeyd edək ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib. (Trend.az)

Xəbər lenti