Vəfat edən şəxsin kreditor (bank və s.) qarşısında borc öhdəliyi varsa, həmin öhdəlik onun varislərinə keçir.
Mülki Məcəlləyə əsasən, əgər ölmüş şəxsin mirası varsa və varislər mirası qəbul edərlərsə, kredit borcu və ya digər borclar bu mirasla birgə qəbul edilir.
Yəni, varislər həm mirası, həm də borcları qəbul etmiş sayılırlar. Onlar hər birinin miras əmlakdakı payına mütənasib surətdə kreditor qarşısında məsuliyyət daşıyırlar.
Varislər ölən şəxsin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.