Gündəm / Siyasət / Dünya
Bugün, 19:00
ABŞ İranı Rusiya ilə birləşdirən körpünü də bombalayıb
ABŞ hərbçiləri İranın şimal-şərqində, ölkəni Rusiya və Çinlə birləşdirən nəqliyyat dəhlizinin bir hissəsi olan körpüyə zərbə endirib.
Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Hücum 9 iyul gecəsi baş verib. Türkmənistan sərhədi yaxınlığında, Gülüstan əyalətinin Akkala rayonunda dəmir yolu körpüsü hədəf alınıb. Rusiyadan yüklərin bu marşrutla İrana daşındığı bildirilir.
8 iyulda NATO sammiti çərçivəsində ABŞ prezidenti Vaşinqton və Tehran arasında atəşkəsin artıq qüvvədə olmadığını elan edib.