Gündəm Bugün, 18:30

"Qızılağac" qoruğunda yanğın oldu



Neftçala rayonunun Mikayıllı kəndində "Qızılağac" Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 15 hektar sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti