Gündəm 17-06-2026, 20:48

Sabah Lənkəranda qaz kəsiləcək




Sabah Lənkəran rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, 18.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Lənkəranın Sınovli və Osaküçə kəndlərinin tam olaraq, Vilvan kəndinin isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Qeyd olunub ki, təmir-quraşdırma işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.

Xəbər lenti