Gündəm 17-06-2026, 21:00

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq



Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanış olublar.

İclas iştirakçılarına "Fruit Valley" MMC-nin və "Yard Agro" MMC-nin həyata keçirdikləri layihələr barədə məlumat verilib. Bildirilib ki, burada istehsal olunan məhsulların həm daxili, həm də xarici bazarlarda satışı nəzərdə tutulub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Xəbər lenti