Gündəm 17-06-2026, 22:45

Məhkumun həbsdən əvvəl gizlətdiyi silahlar tapıldı



Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun əvvəlcədən gizlətdiyi silah-sursat aşkar edilib.

Belə ki, məhkumun həbs olunmazdan əvvəl Göygöl rayonu, Çaylı kəndi ərazisində gizlətdiyi 2 ədəd "Toz-8" markalı odlu silah, həmin silahlara aid 13 ədəd patron və 1 ədəd süngü bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti