Gündəm / Siyasət / Dünya Dün, 23:59

BƏƏ, yoxsa Qətər? - Ərdoğan son sözü deyəcək



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə satılması ilə bağlı açıqlama verə biləcəyi iddia olunub.

Bu barədə CNN Türk telekanalı məlumat yayıb.

"Hürriyet" qəzetin isə yazıb ki, S-400 sistemlərinin Fars körfəzi ölkələrindən birinə, böyük ehtimalla Birləşmiş Ərəb Əmirliklərinə və ya Qətərə satılması nəzərdən keçirilir.

Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd divizion S-400 sistemi almışdı. Müqavilə tam icra olunduqdan sonra Ankara ABŞ-ın F-35 qırıcılarının istehsal proqramından çıxarılmışdı.

Xəbər lenti