FİFA, 2026-cı il Dünya Kuboku finalına ev sahibliyi edəcək Nyu-Cersi ştatının Şərqi Ruterford şəhərindəki “Met-Layf Stadium”un ot örtüyünün bir hissəsini satışa çıxarıb.
Qazonun satışından gələn gəlirin 3.000 000 dollara çatacağı gözlənilir.
Bu barədə “The Athletic” məlumat yayıb. Arenanın ot örtüyünün bir hissəsinin başlanğıc qiymətinin 450 dollar olduğu bildirilir. Bununla belə, alıcılar həmçinin stadionun ot örtüyünün kolleksiya dəstlərini müxtəlif qiymətlərlə almaq seçiminə malikdirlər. Dəstlər 900, 1200 və 3000 dollara satılır.
Onlara 2026-cı il Dünya Kubokunun loqosu, final məkanı və tarixi, eləcə də yekun hesabı əks etdirən akril qutu daxil ediləcək.
Əgər Beynəlxalq Federasiya bütün qazon parçalarını və onu ehtiva edən kolleksiya dəstlərini satarsa, təxminən 11 milyon dollar qazanacaq. Lakin bu alış hər kəs üçün mümkün olmayacaq, yalnız ABŞ, Böyük Britaniya və Avropada yaşayan müştərilər üçün əlçatan olacaq.