Gündəm / Siyasət Bugün, 21:39

ABŞ İranın Hörmüzə nəzarət edən qülləsini dağıdıb



ABŞ-ın İranın cənubundakı Çabahar şəhərinə endirdiyi zərbələr nəticəsində iki körpü və gəmi hərəkətinin idarə olunması qülləsi dağıdılıb.

Bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.

"ABŞ və İsrail sahil şəhəri Çabahara hücum edərək Şəhid Beheşti körpüsünə, liman komendantının körpüsünə və gəmi hərəkətinin idarə olunması qülləsinə ziyan vurub".

ABŞ-ın hərbi naziri Pit Heqset sosial mediada İranın Çabahar şəhərində liman nəzarət qülləsinin dağılmasını əks etdirən bir foto paylaşıb.

Pentaqon rəhbəri fotoya "İran Hörmüz boğazına nəzarət etmir" şərhini yazıb.

Obyekt, ABŞ-ın bölgədə bir neçə gündür davam edən üçüncü hava hücumu nəticəsində çöküb.

Xəbər lenti