Gündəm / İdman
Dün, 22:40
Morqan argentinalıları təhqir etdi: Ümidini İspaniyaya bağlayıb
Britaniyalı jurnalist və teleaparıcı Pirs Morqan Argentina millisinin İngiltərə ilə DÇ-2026-nın yarımfinal matçından (1:2) sonra üzərində “Malvinas adaları – Argentina” yazısı olan banner açmalarına münasibət bildirib.
Morqan “X” sosial media səhifəsində yazıb:
“Mədəniyyətsiz alçaqlar. Ümid edirəm ki, İspaniya onları finalda Folklend müharibəsində məğlub etdiyimiz kimi məğlub edəcək”.
İspaniya və Argentina arasında Dünya Kubokunun finalı 19 iyul bazar günü ABŞ-ın Şərqi Rezerford şəhərindəki “MetLife “stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.