Xəbər verdiyimiz kimi Ukrayna lideri Volodimir Zelenski Kiyevdə ictimaiyyət qarşısında çıxış edib.
Xarici KİV onun çıxışı zamanı maraqlı bir detala diqqət çəkib. Belə ki, Zelenski ilk dəfə güllə keçirməyən şüşənin arxasında dayanaraq danışıb.
Politoloq və professor Marat Bəşirovun sözlərinə görə, Ukrayna prezidentinin qatıldığı hər hansı tədbirdə güllə keçirməyən şüşəyə ehtiyac olmur. İndiki halda isə bu, sadəcə "tamaşa" sayıla bilər. Çünki hazırda Kiyevdə Zelenski üçün heç bir təhlükə yoxdur.
"Düşünürəm ki, Kiyevdə Zelenskinin həyatı üçün heç bir təhlükə yoxdur. Onu hər hansı snayper gülləsi təhdid etmir. Bütün bunlar dramatik effekt, gərgin atmosfer yaratmaq üçündür", - deyə Bəşirov iddia edib.