Türkiyənin 1-ci Hava Desant və Komando Briqadasının Komandanlığı tərəfindən Azərbaycan hərbçiləri üçün statik paraşüt hazırlığı təşkil edilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 4 may–10 iyul 2026-cı il tarixlərində Liviya və Azərbaycan Silahlı Qüvvələrinin qonaq hərbi heyəti "Statik Əsas Paraşüt Hazırlığı" kursunda iştirak edib.
Bundan başqa, 15 iyun–10 iyul 2026-cı il tarixlərində Mali və Gürcüstan Silahlı Qüvvələrinin qonaq hərbi heyəti üçün "56-cı Dönəm Statik Paraşüt HazırlığıKursu" keçirilib.
Təlimlər Türkiyənin 1-ci Hava Desant və Komando Briqadası Komandanlığı tərəfindən təşkil olunub.