Xalq rəssamı, heykəltəraş Ömər Eldarov Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
Xalq rəssamı Teleqraf-a açıqlamasında səhhətinin yaxşı olduğunu vurğulayıb.
"Mən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya göstərdiyi diqqətə, qayğıya və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Hazırda evdəyəm, özümü nisbətən yaxşı hiss edirəm. İnanıram ki, bir neçə günə tam sağalacağam",- deyə Xalq rəssamı əlavə edib.
Qeyd edək ki, Ömər Eldarov Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi. O bu gün səhər saatlarında xəstəxanadan evə buraxılıb.