Gündəm / İdman Dün, 17:00

“Sabah”ın rəqibi Bakıya qələbə əhvalı ilə gəlir



Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan KuPS Finlandiya çempionatında 16-cı turun matçına çıxıb.

“Bayquşlar”ın rəqibi SJK klubunun qonağı olub.

KuPS bu oyunda rəqibinə 2:0 qalib gəlib.

SJK – KuPS 0:2
Qollar:Moreno 24, Lutumba 32

KuPS 33 xalla turnir cədvəlinə liderlik edir.

Xatırladaq ki, “Sabah” – KuPS görüşü iyulun 21-də Bank Respublika Arenada keçiriləcək və görüşə 20:00-da start veriləcək.

Cavab oyunu isə bir həftədən sonra Finlandiyada baş tutacaq.

Xəbər lenti