Gündəm / Dünya / İdman Dün, 18:20

Runi Messini qınadı: Belə davranış kədərli idi



“Mançester Yunayted”in bütün zamanların ən çox qol vuran futbolçusu Ueyn Runi Lionel Messinin DÇ- 2026-nın finalındakı davranışı haqda danışıb.

Dünya Kubokunun həlledici oyununda Argentina İspaniyaya əlavə vaxtda uduzub (0:1).

Əsas vaxtın sonlarında argentinalı Entso Fernandes Pau Kubarsiyə qarşı kobudluğa görə qırmızı vərəqə aldı. Bu hadisədən sonra Lionel Messi hakimə İspaniya müdafiəçisi Mark Kukurellanın ağzını əli ilə tutaraq ona müraciət etdiyini bildirdi. Bu cür hadisələr hakimlər tərəfindən cəzalandırılır, çünki oyunçular rəqiblərinə ünvanlanan təhqirləri ört-basdır edirlər.

Publika.az xəbər verir ki, Runi BBC-yə bildirib:

“Bu, çarəsizlikdən irəli gəlir. Argentina tam olaraq belə oynayır, bilirik ki, bu, onların üslubudur.

Amma həmişə yaxşı idmançı davranışı görmək istəyirsən və Lionel Messinin bunu etməsi kədərli idi”.

Xəbər lenti