Gündəm / Siyasət / Dünya Dün, 18:30

HƏMAS-ın yeni rəhbəri o seçildi



Xəlil əl-Hayyan HƏMAS hərəkatının siyasi bürosunun yeni rəhbəri seçilib.

Bu barədə HƏMAS açıqlama yayıb.

Bildirilib ki, 2024-cü ilin oktyabrında həlak olan Yəhya Sinvarın ölümündən sonra başladılan seçki prosesi başa çatıb.

Qeyd edək ki, HƏMAS-ın əvvəlki siyasi bürosunun sədri İsmayıl Haniyə 2024-cü ilin iyulunda sui-qəsd nəticəsində öldürülüb. Onun ardınca vəzifəni Yəhya Sinvar icra edib. Sinvar isə 2024-cü ilin oktyabrında Qəzza zolağının cənubundakı Rəfah şəhərində İsraillə baş verən qarşıdurma zamanı öldürülüb.

Xəbər lenti