“Real Madrid”in keçmiş baş məşqçisi Zinəddin Zidan artıq Fransa millisinin yeni baş məşqçisi kimi uzunmüddətli müqavilə imzalayıb.
Bu barədə jurnalist Fabritsio Romano sosial mediada yazıb.
Bildirilir ki, şifahi razılaşma noyabr ayında əldə edilmişdi və klubların çoxsaylı təkliflərinə baxmayaraq, Zidan fikrini dəyişməyib.
Zidan Fransa millisinin baş məşqçisi vəzifəsində Didye Deşamı əvəz edəcək.
Fransızlar Millətlər Liqası çərçivəsində növbəti oyununu sentyabrın 25-də Türkiyə qarşı keçirəcəklər.