Gündəm / Siyasət
Bugün, 20:50
Əli Əsədov qərar imzaladı
“Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən siyahının ikinci sətrində “qaraciyər” sözündən əvvəl “ürək,” sözü əlavə edilsin. Yeddinci sətirdən “Müalicəvi” sözü çıxarılsın və həmin sətrə “sümük iliyi” sözlərindən sonra “kök hüceyrələri” sözləri əlavə edilsin.