Fransa Parlamenti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
Qanun layihəsi 279 deputatın lehinə, 81 deputatın əleyhinə səs verməsi ilə təsdiqlənib.
Bununla da Fransa sosial media istifadəsinə yaş məhdudiyyəti tətbiq edən ilk Avropa İttifaqı ölkəsi olub.
Qanuna əsasən, sentyabrın 1-dən etibarən sosial media platformalarında yaş təsdiqləmə sistemi məcburi olacaq. 15 yaşdan kiçik şəxslərə yeni hesab açmağa icazə verilməyəcək. Hazırda aktiv olan 15 yaşdan kiçik istifadəçilərin hesabları isə 4 ay ərzində bağlanacaq.
Qeyd edək ki, Avstraliya, Çin, Braziliya, İndoneziya və Malayziya da uşaqların sosial mediaya çıxışına yaş məhdudiyyəti tətbiq edən ölkələr sırasındadır.