Gündəm 21-07-2026, 21:15

Bu içki yaşlanmanı yavaşladır, xərçəng riskini azaldır



Qəhvənin alzheimer, parkinson, 2-ci tip şəkərli diabet və bəzi onkoloji xəstəliklərin riskini azaltması ilə bağlı yeni elmi nəticələr əldə edilib.

“Texas A&M” Universitetinin alimlərinin apardığı araşdırmaya görə, qəhvənin qoruyucu təsirinin əsas səbəbi kofein deyil.

Tədqiqatçılar müəyyən ediblər ki, qəhvənin tərkibindəki polifenol və polihidroksil birləşmələri, xüsusilə də kofein turşusu, hüceyrələrdə iltihabı azaldan NR4A1 reseptorunu aktivləşdirir.

Bu mexanizm hüceyrələrin zədələnmədən qorunmasına və bərpa proseslərinin sürətlənməsinə kömək edir. Laboratoriya təcrübələrində qəhvənin tərkibindəki birləşmələrin hüceyrə zədələnməsini azaltdığı və şiş hüceyrələrinin böyüməsini yavaşlatdığı müşahidə olunub.

Mütəxəssislər bildirirlər ki, qəhvənin faydalı təsiri yalnız kofeinlə bağlı deyil. Bu səbəbdən adi və kofeinsiz qəhvə arasında qoruyucu təsir baxımından ciddi fərq olmaya bilər.

Tədqiqatçılar hazırda NR4A1 reseptorunu daha dəqiq aktivləşdirən sintetik maddələr üzərində çalışırlar. Bu birləşmələrin gələcəkdə xərçəng və neyrodegenerativ xəstəliklərin müalicəsində istifadə oluna biləcəyi ehtimal edilir.

Xəbər lenti