Gündəm / Dünya / İdman Bugün, 18:30

Məhkəmə Kramnikin şikayətini qəbul etdi



İdman Arbitraj Məhkəməsi (CAS) şahmat üzrə 14-cü dünya çempionu Vladimir Kramnikin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) İntizam Komissiyasının onu diskvalifikasiya etmək qərarından apellyasiya şikayətini qeydə alıb.

Kramnik sosial mediada yazıb:

“FIDE-yə qarşı apellyasiya CAS-da rəsmi olaraq qeydiyyata alınıb, hər iki tərəfə rəsmi olaraq bildiriş göndərilib və proses başlayıb”.

İyul ayında FİDE komissiyası şahmatçını başqalarına qarşı ədalətsiz oyunda bir sıra ictimai ittihamlara görə bir il müddətinə yarışlardan kənarlaşdırıb. Kramnik təşkilatın qərarından apelyasiya şikayəti verib.

Xəbər lenti