Gündəm / İdman Dün, 16:45

“Yuve”də bilet satışına görə üzlər gülür


Turin “Yuventus”unda qarşıdan gələn mövsüm üçün bilet satış statistikasına görə üzlər gülür.

Ötən mövsüm premium sinif də daxil olmaqla 19.200 mövsüm bileti satılmışdısa, indi satış kampaniyasının bitməsindən çox əvvəl, bu rəqəm artıq keçilib.

Qeyd etmək lazımdır ki, ötən il klub mövsümün ortasında məşqçi dəyişikliyi etmiş və Luçano Spalletti İqor Tudorun yerinə gəlmişdi. Lakin məşqçi klubu A Seriyasının yekun turnir cədvəlində altıncı yerdən yuxarı qaldıra bilməmişdi.

İtaliya çempionatının yeni mövsümü avqustun 23-də başlayacaq.

Xəbər lenti