Gündəm / İdman
Bugün, 12:40
Nəriman ehtiyatda qaldı
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.
Sözügedən komanda XVII turda azarkeşləri önündə “Çinçinnati” ilə qarşılaşıb. Matç “Kolumbus Kryu”nun qələbəsiylə başa çatıb – 2:1.
Nəriman bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.
Komanda MLS-də 17 turdan sonra 19 xalla 11-ci sıradadır.