Gündəm / Dünya Bugün, 19:40

Daha bir qarət: 2500 il yaşı olan boyunbağı oğurlandı



Ötən il Parisdəki Luvr Muzeyində baş verən tarixi zinət əşyalarının oğurlanmasından sonra Fransa daha bir qarətlə sarsılıb.

Cümə günü şübhəlilər Burqundiya bölgəsindəki Şatilyon-sür-Sen Muzeyinə ziyarətçi kimi girərək təxminən 2500 il yaşı olan, eramızdan əvvəl V əsrə aid qızıldan hazırlanmış Kelt boyunbağısını oğurlayıblar.

Təhlükəsizlik işçilərinin və ziyarətçilərin gözü qarşısında baş verən soyğunçuluq Fransada ajiotaj yaradıb. Polis artefaktı tapmaq üçün araşdırmalara başlayıb.

Xəbər lenti