[center]

Günəşin Yerə görünən tərəfində bir neçə iri protuberans (Günəş çıxıntısı) müşahidə olunub.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Bildirilib ki, protuberanslar soyuq hidrogendən ibarət nəhəng buludlardır və adətən müəyyən müddətdən sonra Günəş tərəfindən böyük sürətlə kosmosa atılır. Alimlərin sözlərinə görə, bu prosesin nə vaxt baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.
Mütəxəssislərin sözlərinə görə, hazırkı trayektoriyanın planetlərlə, o cümlədən Yerlə toqquşma ehtimalı çox azdır.
Qeyd olunub ki, Günəşdəki aktiv sahələr hazırda zəif görünsə də, M sinifli alışmalar yaratmaq üçün kifayət qədər enerji potensialına malikdir. Eyni zamanda, qarşıdakı həftə ərzində geomaqnit vəziyyətin sabit və əlverişli olacağı proqnozlaşdırılır.[/center]